Home » Alçaldılmış və təhqir edilmiş insanlar by Fyodor Dostoyevsky
Alçaldılmış və təhqir edilmiş insanlar Fyodor Dostoyevsky

Alçaldılmış və təhqir edilmiş insanlar

Fyodor Dostoyevsky

Published
ISBN :
Paperback
544 pages
Enter the sum

 About the Book 

Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir.MoreRoman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir.Əsərdəki bütün hadisələr də Alyoşanın İxmenevin evinə gəlməsindən sonra baş verir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir…F.M. Dostoyevskinin Alçaldılmış və təhqir edilmiş insanlar romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, yüksək cəmiyyət tərəfindən kiçik insanlara edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır.F.M. Dostayevski bu romanı sürgündən qayıtdıqdan sonra 1857-1861-ci illər arasında yazmışdır. Roman ilk dəfə 1861-ci ildə Vremya jurnalında çap olunmuşdur. Yazıçının sağlığında bu roman daha iki dəfə – 1865-ci və 1879-cu illərdə nəşr edilmişdir.